Ekologiya və torpaqşünaslıq fakültəsi
26/11/2012
Tilmann Dieterix tərəfindən “Landşaftın ekologiyası və çöl tədqiqatı metodlarının ekosistemlərin və onların daxilindəki yaşayış mühitlərinin qavranılmasında əhəmiyyəti” mövzusunda mühazirə oxunmuşdur

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)  tərəfindən  “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin “Bioekologiya” kafedrası ilə əməkdaşlığın növbəti mərhələsi olaraq  Azərbaycanda biomüxtəlifliyin qorunması sahəsində mütəxəssislərin yetişdirilməsi məqsədilə  bir sıra xarici ekspetlər dəvət olunmuşdur. 20 noyabr 2012-ci il tarixində Bioekologiya kafedrasında Almaniyadan dəvət olunmuş ekspertlərdən biri - Tilmann Dieterix tərəfindən “Landşaftın ekologiyası və çöl tədqiqatı metodlarının ekosistemlərin və onların daxilindəki yaşayış mühitlərinin qavranılmasında əhəmiyyəti” mövzusunda mühazirə dinlənilmişdir.

Mühazirədə Ekologiya və torpaqşünaslıq və Biologiya fakültələrinin  müəllim, magistrant və tələbələri iştrak etmişlər. Gələcəkdə dəvət olunacaq ekspertlər tərəfindən “Bioekologiya” kafedrasında dərs, təlim və çöl tədqiqat ekspedisiyalarının təşkili ilə əlaqədar məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.