Ekologiya və torpaqşünaslıq fakültəsi
20/02/2014
“Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi” mövzusunda təlimin III hissəsi keçirilmişdir

  1. 5-8 fevral 2014-cü il tarixlərində Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq birliyinin birgə təşkil etdiyi “Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi” mövzusunda təlimin III hissəsi keçirilmişdir. Təlim çərçivəsində işçi qrupun Salyan rayonuna çöl təcrübəsi ezamiyyətləri baş tutmuşdur. Ekspedisiya zamanı   obyektlərin( su-bataqlıq quşları) bir neçə sahədən müşahidəsi aparılmış və növlər müəyyən edilmişdir. Ezamiyyətin marşrutu: Hacıqabul gölü, Mahmudçala gölü, Bolqar-çay su anbarı, Kürün deltası (Nefçala), Ələt buxtası, Şirvan Milli Parkı ərazilərini əhatə etmişdir. Həmin təlimdə Bioekologiya kafedrasının müəllim və əməkdaşları ilə yanaşı Biologiya fakültəsinin Onurğalılar zoologiyası kafedrasının müəllim və əməkdaşları  da iştrak etmişlər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.