Ekologiya və torpaqşünaslıq fakültəsi
03/12/2014
“Qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı və əməkdaşları Bakı Dövlət Univeristetində olublar. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universiteti arasında “Qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Analaşma Memorandumunu Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı imzalayıb. Memoranduma uyğun olaraq BDU Qiymətli kağızlar bazarı üçün kadr hazırlığına dəstək verəcək, eyni zamanda BDU tələbələri və magistrantları Qiymətli kağızlar üzrə Dövlət Komitəsində praktika keçərək praktiki bacarıqlar əldə edəcəklər. Memorandumda həmçinin birgə seminar və konfransların təşkili, əhali arasında maarifləndirmə işlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Tədbir çərçivəsində qonaqlar universitetin elmi laboratoriyaları və tədris fəaliyyəti ilə tanış olublar.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.