Ekologiya və torpaqşünaslıq fakültəsi
26/11/2011
Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı beynəlxalq düşərgə davam edir

Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı beynəlxalq düşərgə davam edir

 

Gənc ekoloqların “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah”( İDEA -İnternational Dialogue on Environmental Action) adı ilə Qəbələdə keçirilən beynəlxalq düşərgəsi işini davam etdirir.

Gün.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, beynəlxalq tədbirin əsas məramı ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin və xüsusən də gənclərin səylərini səfərbər etməkdir.

40-a yaxın ölkə nümayəndəsinin qatıldığı Qəbələ düşərgəsi bu sahədə hökumətlərin və cəmiyyətin edə biləcəklərini müəyyən edir. Bu gün iclas ayrı-ayrı panellərdə davam edib. Dünyanın müxtəlif ölkələrindən olan gənclər iqlim dəyişikliyi, iqtisadi tərəqqinin ekoloji fəsadları, karbon tullantıları və digər məsələlər barədə müzakirələr aparıblar. Düşərgənin əsas panel mövzuları isə aşağıdakılardır: Yeni və yaranmaqda olan qlobal problemlərin həllində gənclərin rolu, ətraf mühit üzrə əməkdaşlıq üçün perspektivlər - şəbəkə və ictimaiyyətə dəstək layihələri və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi.

Tədbirdə çıxış edənlər ekoloji problemlərin ciddi fəsadlara çevrilməməsi işində gənclərin üzərinə xüsusi yükün düşdüyünü qeyd etdilər. Bu mənada karbon tullantılarının qlobal ekologiya üçün ciddi təhlükə mənbəyi olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə müsbət irəliləyişə nail olmaq üçün dünya gənclərinin bir platformadan çıxış etməsi bir zəruridir.

İDEA (İnternational Dialogue on Environmental Action) ətraf mühit kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun viste-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.

Tədbirin nəticələrinə əsasən yekun Bəyannamə qəbul ediləcək.

 

 

 

Məqalələr
Abşeron göllərinin ekoloji bərpası layihəsi

Abşeron gölllərinin bərpasında davamlılığın təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2014-cü il tarixli "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən isə adı çəkilən gölün bərpası üzrə işlərin görülməsinə başlanılmışdır.

Azərbaycan Respublikasının meşələri

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.

Ətraf mühitin radioaktivliyi

Ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsində fəaliyyət Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir) ilə həyata keçirilir

Ekoloji simvollar

Ekoloji simvollar – məhsulun ekoloji xarakteri haqqında fərqli qrafik, rəngli simvollar vasitəsilə kompleks məlumat verir. Bu simvollar buraxılan məhsulun, qablaşdırmanın üzərində cədvəl, yarlıq, etiket və ya qoşma sənəd formasında öz əksini tapır.

Ətraf Mühit Günü

Sabah - 5 iyun Ümumdünya Ətraf Mühit Günüdür. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başlayıb.