Ekologiya və torpaqşünaslıq fakültəsi
30/11/2015
“Ümumrespublika Yaşıllaşdırma” marafonu


“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır.

Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu – aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa çatdırılması planlaşdırılır.

Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyaları ilə bağlı məlumatlar və fotoşəkillərlə layihənin rəsmi veb səhifəsindən tanış ola bilərsiniz.

http://ideacampaign.org/az

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır