Ekologiya və torpaqşünaslıq fakültəsi
27/04/2018
Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin professoru Ekologiya və torpaqşünasliq fakültəsinin tələbələri üçün mühazirə oxuyub

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyətinin Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin Ətraf Mühit Araşdırmaları İnstitutunun direktoru, Ətraf mühit elmləri fakültəsinin dekanı professor Haşem Elkassas ilə görüş olub. Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov qonağı iştirakçılara təqdim edib. Bildirib ki, rektor, akademik Abel Məhərrəmovun dəvəti ilə universitetə gələn professor Haşem Elkassas universitetin Quba Tədris-təcrübə və İstirahət Mərkəzində çöl-tədris təcrübəsi keçən ekoloq-tələbələrə mühazirələr oxuyub.
Qonaq öz növbəsində, BDU-da olmasından məmnunluğunu ifadə edib, apardığı elmi-tədqiqat işləri barədə danışıb. Daha sonra professor Haşem Elkassas “Qlobal ekoloji problemlər” mövzusunda mühazirə oxuyub, iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.


http://bsu.edu.az/az/news/misir_rb_respublikasnn_ayn_ms_universitetinin_professoru_ekologiya_v_torpaqnasliq_fakltsinin_tlblri_n_mhazir_oxuyub

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.