Ekologiya və torpaqşünaslıq fakültəsi
03/05/2018
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları BDU Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinin çöl-tədris təcrübəsində iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun "Torpaqların aqroekologiyası və bonitirovkası" laboratoriyasının əməkdaşları dosent Zaman Məmmədov və dosent Könül Qafarbəyli Bakı Dövlət Universitetinin çöl-tədris təcrübəsində olan Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri ilə birlikdə Quba rayonunda ekspedisiyada olmuşlar. Məqsəd AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə BDU arasında imzalanmış memorandum çərçivəsində elmin təbliği, elmlə təhsilin inteqrasiyası siyasətinə uyğun olaraq Universitet tələbələrində çöl-torpaq işlərinin aparılması, kameral-hazırlıq işlərinin götürülməsi, torpaq kəsiminin qoyulması, torpaq nümunələrinin götürülmə qaydaları və s. haqqında bilik və bacarıqların formalaşdırılması və onlarda elmə marağın artırılması olub.
Ekspedisiya müddətində tələbələrə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyət istiqəməti olan çöl ekspedisiyaların mahiyyəti, bu istiqamətdə həyata keçirilən işlər və əldə olunan elmi nailiyyətlər , eləcə də gələcək perspektiv planlar haqqında dolğun məlumat verilib və tələbələrin sualları əyani nümunələr üzərində cavablandırılıb.


http://gencalimler.az/az/news/1683/

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.