Ekologiya və torpaqşünaslıq fakültəsi
26/04/2011
Kainat və bizim qalaktika

Gecələr aydın havada göyün üzünü müşahidə etsəniz, çoxlu ulduz görərsiniz. Ulduzlarla birgə göydə planetlər də görünür. Yerdən baxanda planetlər ulduzlara çox oxşayır. Lakin ulduzlarla planetləri qarışdırmaq olmaz. Ulduzların planetlərdən əsas fərqi onların işıq saçmasıdır. Planetlər ulduzların ətrafında fırlanır. Günəş də ulduzdur. Yer Günəşin planetidir və onun ətrafında dövrə vurur. Yerdən başqa Günəşin daha 8 planeti var. 
Adi gözlə göy üzünə baxanda təqribən 6 minə yaxın ulduz görmək olar. Əgər siz göyə teleskopla baxsanız, onda görə biləcəyiniz ulduzların sayı dəfələrlə çoxalar. 
Yəqin göy üzünə baxarkən hamınızı bir sual düşündürür: görəsən göydə neçə ulduz var? Göyün sonu varmı? Əgər varsa, harada qurtarır ?
Bu suallar alimləri lap qədim dövrlərdən düşündürüb. Maraqlısı burasıdır ki, hələ bu suala cavab tapa bilən olmayıb. Ancaq bir şey aydındır ki, nə göydəki ulduzların sayı var, nə də göyün sonu. Dünya sonsuzdur və biz onun kiçik bir hissəsini görə bilirik. Bu sonu olmayan dünya kainat adlanır. Kainatın Yerə yaxın hissəsi kosmos adlanır. Ulduzlar, planetlər və başqa cisimlər kainatın hissələridir. 
Kainat sonsuz sayda qalaktikalardan ibarətdir. Qalaktika nəhəng ulduz yığınına deyilir. Qalaktikada olan bütün ulduzlar öz planetləri ilə birlikdə onun ətrafında fırlanır. 
Yay vaxtı göy üzünü diqqətlə müşahidə edin: Ulduzların əmələ gətirdiyi işıqlı xətt diqqətinizi cəlb edəcək. Bu işıqlı xətt bizim qalaktikadır. Bizim qalaktika Samanyolu adlanır. Bu qalaktikanın ulduzları doğrudan da göy üzünə döşənmiş ağ samana bənzəyir. Samanyolunda 100 milyarddan çox ulduz var. 
Günəş və onun planetləri Qalaktikamızın ətrafında çox böyük sürətlə fırlanır. Günəşin Qalaktika ətrafında bir dəfə dövr vurması üçün 225 milyon il lazımdır! 
Qalaktika çox böyükdür. Əgər siz işıq sürəti ilə hərəkət edən gəmi ilə onun bir başından o biri başına getmək istəsəniz, sizə 100 min il lazımdır. 
Elm və texnika inkişaf etdikcə insanlar kainatı daha dərindən öyrənirlər. Hal- hazırda kainatı öyrənmək üçün nəhəg teleskoplardan istifadə olunur. Bu teleskoplar göydəki ulduz və planetləri milyon dəfələrlə böyüdür. Teleskoplar qurulan yer rəsədxana adlanır. Azərbaycanda Şamaxı şəhərində də böyük rəsədxana var. Burada ulduz və planetlər üzərində müşahidə aparılır.
http://gwpu.org/

Məqalələr
Ətraf Mühit Günü

Sabah - 5 iyun Ümumdünya Ətraf Mühit Günüdür. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başlayıb.

Ekologiyanın inkişaf tarixi

Canlı  orqanizmlərin  həyatı  onların  xarici  mühitdən  asılı  olması,  heyvan  və  bitkilərin  yayılması  xarakteri  haqqında  məlumatlara  hələ  eramızdan  əvvəlki  dövrlərdə  rast  gəlinir.

Kainat və bizim qalaktika

Gecələr aydın havada göyün üzünü müşahidə etsəniz, çoxlu ulduz görərsiniz. Ulduzlarla birgə göydə planetlər də görünür. Yerdən baxanda planetlər ulduzlara çox oxşayır. Lakin ulduzlarla planetləri qarışdırmaq olmaz. Ulduzların planetlərdən əsas fərqi onların işıq saçmasıdır.

Atmosferin çirklənməsi

Atmosferə vulkan püskürmələri, canlıların tənəffüsü, yanacaqların yandırılması, bakteriyaların fəaliyyəti, çürümə prosesləri nəticəsində karbon, dəm qazı,  kükürd qazı, və onun törəmələri, azot birləşmələri və oksidləri, ağır metalların oksidləri, və s. daxil olur.

Su və onun əhəmiyyəti

Su   planetimizdə  ən  geniş  yayılmış   maddədir. Yer   kürəsi  səthinin 3\4  hissəsini  su  tutur. Su  rəngsiz  mayedir.Yerin  səthində  elə  bir  yer  yoxdur  ki, orada  az  da  olsa  su  olmasın.