Ekologiya və torpaqşünaslıq fakültəsi
07/03/2017
Ekoloji kimya kafedrasının əməkdaşı Moldova Respublikasında təşkil olunan "VI Beynəlxalq ekoloji kimya və ətraf mühit kimyası" konfransında iştirak etmişdir

Moldovanın paytaxtı Kişinyov şəhərində mart ayının 1-3 tarixlərində “Ekoloji və ətraf mühit kimyası üzrə 6-cı Beynəlxalq Konfrans” keçirilmişdir. Konfrans UNESCO, Moldova Elmlər Akademiyası, Təhsil, Elm və mədəniyyət üzrə hökümətlərarası Fond və digər Milli və Beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir. Konfransda 20-dən çox ölkədən  300-ə yaxın nümayəndə iştirak etmişdir.  Ətraf mühit və Ekoloji kimyanın 5 mühüm istiqaməti üzrə fəaliyyət göstərən bölmələrdə 200-dən çox məruzə dinlənilmişdir. Konfransa ölkəmizin müxtəlif elm və təhsil qurumlarının 23 əməkdaşı tərəfindən 34 məruzə tezisi təqdim olunmuşdur. Tədbirdə ölkəmiz 8 nəfərlə təmsil olunmuş və bu göstərici üzrə Rumıniyadan sonra ikinci yeri tutmuşdur. Konfransda Bakı Dövlət Universitetindən Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşı Səmədova Aytən və Hidrometereologiya kafedrasının müdiri professor Fərda İmanov iştirak etmişlər. Konfransın açılışında akademik İ.Quliyev və A.Hacıyev tədbirin elmi –praktik əhəmiyyətindən danışmışlar. A.Səmədova öz məruzəsində neft sənayesinin ətraf mühitə təsirinin müxtəlif aspektlərindən bəhs etmişdir. Azərbaycan nümayəndələrinin məruzələri iştirakçılar arasında ciddi maraq doğurmuş, Beynəlxalq Layihələrin işlənilməsi üçün əməkdaşlıq təklifləri alınmışdır. Konfrans günlərində Azərbaycan təmsilçiləri Moldovada Elmlər Akademiyasının və Universitetlərin rəhbərliyi, Azərbaycan respublikası Səfirliyinin və Diaspora təşkilatının  nümayəndələri ilə görüşlər keçirmiş, Azərbaycan və Moldova Respublikası arasında elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunmuşdur.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.