Ekologiya və torpaqşünaslıq fakültəsi
05/05/2015
Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri ümumtəhsil məktəblərində ekologiyanın tədrisinin müasir metodikası üzrə açıq dərslərdə iştirak ediblər

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilıik Mərkəzinin təşəbbüsü və Ekologiya və torpaqşünaslıq fakültəsi tələbələrinin iştirakı ilə Bakının Xəzər rayonunun ümumtəhsil məktəblərində ekologiyanın tədrisinin müasir metodikası üzrə açıq dərslər təşkil olunub.
Açıq dərslər Bakı şəhərindəki Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzləri üzvlərinin, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi tələbələrinin iştirakı ilə keçirilib.
Ümumtəhsil məktəblərinin təbiət fənləri (biologiya, kimya, coğrafiya) müəllimlərinin və 6-8-ci sinif şagirdlərinin iştirak etdiyi açıq dərslər Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları tərəfindən xüsusi hazırlanmış əyani vəsaitlər, elektron təqdimatlar, metodiki materiallardan istifadə olunmaqla, interaktiv müzakirələr şəraitində keçirilib.
Bir gün ərzində keçirilən tədbirdə Xəzər rayonunun 30 ümumtəhsil məktəbindən 750 şagird ekologiyanın əsasları, qlobal ekoloji problemlər və ətraf mühitin mühafizəsi barədə məlumatlandırıblar.
Fakultənin tələbələrindən Ələsgərova Gülnarə, Mustafayeva Nigar, Mirzəzadə Səbinə, Qənbərova Günel, İsmayılova Jalə, Cəfərzadə Cavidan, Hüseynli Emin, Lazımov Aqşin xüsusi fərqləniblər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.