Ekologiya və torpaqşünaslıq fakültəsi
24/12/2013
Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri "İlin ən yaxşı tələbəsi" fəxri adına layiq görülmüşlər

2013-cü ildəki uğurlarına, yüksək elmi nəticələrinə, aktiv ictimai fəaliyyətinə və liderlik keyfiyyətlərinə görə fərqləndikləri üçün fakültəmizin adları aşağıda qeyd olunan tələbələri "İlin ən yaxşı tələbəsi" fəxri adına layiq görülmüş və diplomlarla təltif olunmuşlar.
1. Mahmudova Aygül Feyruz qızı - IV kurs, qrup E004A
2. Musayev Kamran İlyas oğlu - IV kurs, qrup E005A
3. Bağırlı Talıb Barat oğlu - IV kurs, qrup E005A
4. Hüseynova Aytən Nazim qızı - IV kurs, qrup E005A
5. Məmmədli Səidə Meydan qızı - IV kurs, qrup E005A
6. İsmayılova Nigar Vidadi qızı - IV kurs, qrup E006R
7. Məmmədov Rəcəb Yaşar oğlu - IV kurs, qrup E006R
8. Alıyeva Şəbnəm Afiq qızı - IV kurs, qrup T037A
9. Xanverdiyev Ayxan Azər oğlu - IV kurs, qrup T037A
10. Musayeva Sevinc Vaqif qızı - III kurs, qrup E008A
11. Qurbanova Röya Şəmşir qızı - II kurs, qrup T044R
12. Quliyeva Natəvan Ceyhun qızı - II kurs, qrup Y042A
13. Cəfərli Nəzimi Etibar oğlu - II kurs, qrup E012A

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.