Ekologiya və torpaqşünaslıq fakültəsi
22/04/2019
Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə BDU-nun 100 illiyinə həsr olunmuş “1 əsrlik tarix” intellektual oyunu keçirilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə BDU-nun 100 illiyinə həsr olunmuş “1 əsrlik tarix” intellektual oyunu keçirilib. Fakültənin dekanı professor Nazim Şəmilov tədbirdə giriş nitqi söyləyib, yarış iştirakçılarına uğurlar arzulayıb. Yarışa start verilib.. 3 mərhələdən ibarət intellektual yarışda 9 komanda iştirak edib. 3-cü mərhələdə komandalara BİOSFER krossvordu təqdim olunub. Hər üç mərhələnin nəticələrinə görə SCEPTİCİSM konmandası I yerin sahibi olub, kubok və sertifikatla təltif olunublar. II yerə DOMİNOS, III yerə isə FORTUNA komandası layiq görülüb.Qalib komandalar sertifikatla təltif olunublar. Fakültənin dekan müavinləri dosent Cəsarət Şabanov, dosent Fətəli Hüseynov və Fakültə TEC-in elmi rəhbəri dosent Leyli Kərimova qonaq qismində iştirak ediblər Yarış komanda üzvlərinin xoş təəssüratları ilə yadda qalıb.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.