Ekologiya və torpaqşünaslıq fakültəsi
30/04/2018
Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Atmosferin çirklənməsinə qarşı mübarizə tədbirləri” mövzusunda növbəti seminarı keçirilmişdir

Tələbə Elmi Cəmiyyətinin “Atmosferin çirklənməsinə qarşı mübarizə tədbirləri” mövzusunda seminarı keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. “Atmosferin çirklənməsinə qarşı mübarizə tədbirləri” mövzusunda keçirilən seminarda II kurs tələbəsi Rəhimov Rəhim “Azərbaycanda neftlə çirklənmiş torpaqların rekultivasiyası ”, Coğrafiya fakültəsinin III kurs tələbəsi Nərmin Elimovanın  “Dünyada və Azərbaycanda atmosferin çirklənməsinin ekoloji nəticələri”   mövzularında məruzələri dinlənilib.
Dekan, professor Nazim Şəmilov, TEC-in elmi rəhbəri, dosent Leyli Kərimova, Ekoloji kimya kafedrasının dosenti Abuyəli Hüseyinli, Coğrafi ekologiya kafedrasının dosenti Vaqif Məmmədov, Yerquruluşu və kadastr kafedrasının müdiri Teymur Nizamzadə seminarın işində iştirak edib, məruzələr ətrafında çıxış ediblər.
Məruzələr Tələbə Elmi Cəmiyyətinin üzvləri tərəfindən yüksək dəyərləndirilib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.