Ekologiya və torpaqşünaslıq fakültəsi
28/10/2019
Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının (TMŞ) illik hesabatı ilə bağlı iclas keçirilib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin elmi şurasında fakültə Tədris-Metodiki Şuranın (TMŞ) illik hesabatı dinlənilib. Əvvəlcə dekan, professor Nazim Şэmilov iclasda iştirak etdikləri üçün BDU-nun Metod Şurasının sədri, akademik Vasif Babazadəyə, sədr müavini dosent Vaqif Qasımova, Universitet TMŞ-nın üzvləri professor Sabit Məmmədova, professor Ziyəddin Məmmədova təşəkkürünü bildirib.
TMŞ sədri hesabatla bağlı sualları cavablandırdıqdan sonra dekan, professor Nazim Şəmilov Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasının dosenti Svetlana Cəfərova çıxış ediblər. Onlar fakültə TMŞ-nin BDU Metodiki Şurası ilə birgə səmərəli fəaliyyətindən danışıb, tədrisin daha da təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübələrinin keçirilməsi kimi məsələlərlə bağlı fikrilərini bildirib, təkliflər irəli sürüblər.
Daha sonra 100 illik yubiley ərəfəsində olan BDU-da rektor, cənab Elçin Babayevin rəhbərliyi ilə həyata keçirilən layihələrdən, elm və təhsil sahəsində əldə olunan nailiyyətlərdən, həmçinin fakültə üzrə indeksli jurnallarda elmi məqalələrin sayının artırılmasının, proqramların, dərslik və dərs vəsaitlərinin çap olunması prosesinin sürətləndirilməsinin vacibliyindən bəhs edilib.
Sonda çıxış edən Universitet TMŞ-nin sədri, akademik Vasif Babazadə fakültə Tədris Metodiki Şurasının illik hesabatını qənaətbəxş hesab edib, səslənən təkliflərə münasibətini bildirib. O, universitetin böyük əzmlə yubileyə hazırlaşdığını, Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin də bu istiqamətdə məhsuldar fəaliyyət göstərdiyini qeyd edib.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.