Ekologiya və torpaqşünaslıq fakültəsi
03/04/2014
Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti "Azərsu" ASC-nin mərkəzi laboratoriyasında olmuşdur

Bakı Dövlət Universiteti ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında "Təhsil elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair" anlaşma memorandumu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planına müvafiq olaraq Ekologiya və torpaqşünaslıq fakültəsinin rəhbərliyi və ekoloji kimya kafedrasının professor-müəllim heyəti Azərsu ASC-nin nəzdində fəaliyyət göstərən mərkəzi laboratoriyada olmuşdur. Mərkəzi laboratoriyanın direktoru E.Nəzərov qonaqları müasir avadanlıqlarla təchiz olunan laboratoriyalar və burada aparılan işlərlə yaxından tanış etmişdir. fakültə əməkdaşları bu görüşdən məmnun qaldıqlarını və xoş təəssüratlarla ayrıldıqlarını ifadə etmişlər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.