Ekologiya və torpaqşünaslıq fakültəsi
12/10/2018
Ekologiya və torpaqşünaslıq fakültəsinin professor müəllim heyəti Ekopark "Ekoloji tədqiqatlar mərkəzi" İB-də olublar

“Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı k.e.d, prof. Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri c.e.d., prof. Şövqi Göyçaylı, Ekoloji kimya kafedrasının müdiri k.e.d., prof. Sevinc Hacıyeva, Bioekologiya kafedrasının müdiri b.e.d., prof. Nərminə Sadıqova, Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekan müavini k.ü.f.d., dosent Fətəli Hüseynov və Eko Park rəhbərliyi arasında əməkdaşlıq edilməsi ilə bağlı görüş keçirilib. Görüş zamanı Eko Park ərazisi ilə tanış olan qonaqlar və Eko Parkın rəhbərliyi yaxın günlərdə fakültə və “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəliblər.
Qonaqlara Eko Parkda elmi tədqiqat işlərini yerinə yetirmək və təcrübə keçmək üçün hər cür şəraitin olduğu barədə ətraflı məlumat verilib. Burada istixana, fidanların əkilməsi üçün açıq sahə, toxum tədarükü sahəsi, Alternativ Enerji Mənbələri bölməsi fəaliyyət göstərir.
Park ərazisində yerləşən Eko mərkəzdə 100 nəfərlik akt zalı, müşavirə otağı, yeməkxana, açıq havada kafe mövcuddur. Görüş zamanı bu mərkəzdə konfrans, seminar, elmi mühazirə, təqdimat, vəs. tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd olunub.
Görüşdə Ekopark: Ekoloji tədqiqatlar mərkəzi”İctimai Birliyinin direktoru Tahir Şixəliyev, Birliyin ictimaiyyətlə əlaəqələr üzrə mütəxəssisi Siyavuş Əlizadə iştirak edib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.