Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya və Yerquruluşu,torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış işlərinin onlayn formatda müdafiəsi keçirilib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Azərbaycan Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru Ağamir Həşimovun rəhbərlik etdiyi komissiya qarşısında Arzu Cavadlı "Nüvə silahlarının istehsalı və istifadəsi zamanı ətraf mühitə verilən təhlükə", Ramid Afizov "Qusar inzibati rayonunda torpaq mülkiyyət formaları torpaqdan istifadənin müasir vəziyyəti“, Nihad Quluzadə "Yasamal rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və mənzil bazarı", Cahan Muradova "Qəbələ şəhərinin kadastr sistemində bina və tikililərin müasir vəziyyəti və xəritələşdirilməsi", Nərminə Qasımova "Влияние антропогенных факторов на растительный покров Абшерона" mövzularda maraqlı tədqiqat işlərini müdafiə ediblər.
![]() |
![]() |
![]() |
![]() |

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.