Ekologiya və torpaqşünaslıq fakültəsi
24/10/2019
Bioekologiya kafedrasının dosenti “Azərbaycanda dağlıq ərazilərdə torpaq eroziyasının inteqrasiyalı idarə olunması” adlı konfransda iştirak etmişdir.

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsi Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova 17-19 oktyabr 2019-cu il tarixində İsmayıllı şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkil etdiyi “Azərbaycanda dağlıq ərazilərdə torpaq eroziyasının inteqrasiyalı idarə olunması”na dair konfransda iştirak etmişdir. Konfransda İBİS layihəsinin pilot fəaliyyətlərinin təqdimatı olmuş və pilot ərazilərinə baxış keçirilmişdir. M.M.Yusifova “Torpağın münbitliyinin qorunması, artırılması və bərpasının ekoloji təmiz üsulları - imkanlar və məhdudiyyətlər” bölməsində işçi qrupun yekun məruzəsi ilə çıxış etmişdir.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.