Ekologiya və torpaqşünaslıq fakültəsi
08/11/2018
BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov Ekologiya və torpaqşünaslıq fakultəsinin professor-müəllim və tələbə heyəti qarşısında məruzə ilə çıxış edib

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov BDU-nun Ekologiya  və torpaqşünaslıq fakultəsinin professor-müəllim və tələbə heyəti qarşısında “Coğrafi İnfortmasiya Sistemləri (CİS) əsasında İnteraktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda məruzə ilə çıxış edib. Akademik Coğrafi İnformasiya Sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, Aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri ,həmçinin aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtibinin prinsipləri, o cümlədən İnteraktiv torpaq xəritələrinin, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsinin  və qeyd olunan mövzu ilə əlaqədar metodik göstərişin hazırlanması haqqında məlumat verib. İlk dəfə olaraq hazırlanmış 1:600 000 miqyasında interaktiv elektron torpaq və ekoloji qiymətləndirmə  xəritələrini illüstrativ material kimi nümayiş etdirməklə iştirakçıların diqqətinə çatdırıb.
Fakültə dekanı professor Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri professor Şövqi Göyçaylı məruzə ətrafında çıxış edib, akademik Q.Məmmədov və əməkdaşlarının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.