Ekologiya və torpaqşünaslıq fakültəsi
12/07/2017
BDU ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında anlaşma memorandumu imzalanıb. İmzalanma marasimindən əvvəl BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva memorandumun hər iki tərəf üçün səmərəli olacağını deyib. Xidmətin rəisi Ramiz Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək, qurumun Azərbaycan təhsilinin flaqmanı olan BDU-nun yetişdirdiyi gənc kadrlara ehtiyacı olduğunu, universitet ilə əməkdaşlıqda maraqlı olduqlarını bildlrib. 
Memorandumda tərəflər birgə kadr hazırlığı, istehsalat-çöl təcrübələrinin keçirilməsi, elmi-tədqiqat işləri və istehsalatın elmi əsaslarla təşkili sahəsində birgə fəaliyyət üzrə razılığa gəliblər. Memorandumum imzalanmasında məqsəd BDU-da tədris prosesinin istehsalatla əlaqələndirilməsi, elm-təhsil-istehsalat arasında inteqrasiyanın gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, “Yerquruluşu, torpaq və şəhər kadastrı” və “Torpaqşünaslıq və aqrokimya” ixtisasları sahəsində istehsalat, elmi yeniliklər və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasıdır.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.