Ekologiya və torpaqşünaslıq fakültəsi
02/10/2017
BDU doktorantı Rusiya Federasiyasında keçirilən "İnnovasiyaların İdarə olunması" adlı gənclər məktəbində iştirak etmişdir.

Bakı Dövlət Universitetinin, Ekologiya və torpaqşünaslıq fakültəsinin, ekoloji kimya ixtisası üzrə təhsil alan doktorantı Orxan Hacıyev Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Araşdırmalarİ nstitutunda keçirilən "İnnovasiyaların idarə olunması" adlı gənclər məktəbində iştirak edib.
Gənclər Məktəbinin əsas məqsədi elmi layihələrin ticariləştirilməsində, eləcə də tərəfdaşlar tapmaq da və yeni bazarlara çıxmaqda, gənc alim və innovatorlara dəstək olmaqdır. Gənc innovatorlara dəstək və təbliğ etmək Azərbaycanda və MDB ölkələrində innovasiya sektorunun aktiv inkişafına tövfə verir.Tədbirdə MDB ölkələrindən olan 50 gənc alim və sahibkarlar iştirak edib: Burada fərdi və ya birgə şəkildə tədqiqat, inkişaf və ya-layihə işləri aparan tədqiqatçıların çıxışları yer tutub.
Azərbaycan Respublikasından iştirakçı kimi seçilən Orxan Hacıyev tədbir çərçivəsində təşkil olunan konfransda "Mamır (transplant) vasitəsiilə Bakı və Abşeron yarımadasında hava çirklənməsinin monitorinqi" adlıl ayihə ilə çıxış edib.


Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.