Ekologiya və torpaqşünaslıq fakültəsi
02/12/2011
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin təşəbbüsü ilə “İnsan təbiətə təsirini azalda bilərmi?” mövzusunda debatlar keçirilmişdir

Ekologiya və Torpağşunaslıq fakültəsinin rus bölməsinin I kurs tələbələrinin təşəbbüsü ilə rus dilində 02.11.2011 –ci tarixində DEBATLAR keçirilmişdir. Debatlar “İnsan təbiətə təsirini azalda bilərmi?” mövzusu ətrafında təşkil olunmuşdur. Debatların ümümi qəbul olunmuş qaydalarına əsasən iştrakçılar iki komandaya bölünür. Bir tərəfdən müzakirəyə qoyulmuş mövzunu dəstəkləyən, yani “Təstiq” komandası, digər tərəfdən isə müzakirədə qoyulmuş sualı inkar edən tərəf, yani “İnkar” komandası çıxış edir!

“İnkar” komandasi Ekologiya və Torpağşunaslıq fakültəsinin rus bölməsinin I kurs E009R qrupunun tələbələrindən təşkil olunmuşdur! Bunlar Dəmirli Ayşən, Kərimli Vəfa, Nərimanov Nicat, Həşimli Rüfət idi. “Təstiq” komandası isə müxtəlif fakültələrin tələbələrindən ibarət idi: Əliyev Adil - Ekologiya və Torpağşunaslıq fakültəsi; Bayramlı Fərid - Beynaxalq Münasibətlər və Beynaxalq Hüquq fakültəsi; Məlikova Ziba, Axundov İskəndər -Kimya fakültəsi.

Adları çəkilənlər, yani çixiş edənlər bir qayda olaraq “SPİKER” adlanırlar. Oyunda juri qismində üç nəfər: BDU Debat klubunun sədri – Məmmədbağır Cəbrayilov  və klubun digər üzvləri-Turanə Qasımova, Polad Muradlı iştrak etmişdirlər! Debat oyunlarında vaxta nəzarət edən - “TİME-KEEPER” olur. Keçirilən debatın time-keeperi Yusibova Pervin idi!

Debatlar ziddiyyət təskil edən fikirlər və qızğın müzakirələr şəraitində keçdi! Sonda mövzuda qoyulmuş suala inkar nöqtəi-nəzərindən yanaşan, daha dolğun və əsaslanmış faktlara istinad edən “İNKAR” komandası qalib gəldi.

Debatların təşkilatçısı və oyunun aparıcısı Ekologiya və Torpağşunaslıq fakültəsinin rus bölməsinin I kurs E009R qrupunun tələbəsi Mövsüm-zadə Ülvi idi!

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.