Ekologiya və torpaqşünaslıq fakültəsi
01/06/2017
Bakı Dövlət Universitetində CİS (Coğrafi İnformasiya Sistemləri) mütəxəssislərinin iştirakı ilə seminar keçirilib

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə Respublikanın ali məktəblərində CİS (Coğrafi İnformasiya Sistemləri) fənnini tədris edən müəllimlər, müvafiq nazirliklərin nümayəndələri, özəl və dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə seminar keçirilib. Seminarın keçirilməsində məqsəd universitetlərdə tədris olunan CİS fənni üçün hazırlanmış proqramların müzakirəsi, həmçinin bu sahədə çalışan mütəxəssislərlə təcrübə mübadiləsi aparılması və tədris proqramlarının təkmilləşdirilməsi olub. Seminarı giriş sözü ilə açan BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru prof. İradə Əliyeva CİS texnologiyaların müxtəlif sahələrdə tətbiqindən, universitetdə bu sahə üzrə kadr hazırlığının vəziyyətindən danışıb, seminarın işinə uğurlar arzulayıb.Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı prof. Nazim Şəmilov, Bioekologiya kafedrasının müdiri prof. Nərminə Sadıqova, GİZ təşkilatının məsul əməkdaşları, ali mətəblərin, dövlət və özəl qurumların 25 nəfərə yaxın nümayəndəsi iştirak edib. Seminar iştirakçıları günün ikinci yarısında müzakirələri dəyirmi masada davam etdirib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.