Ekologiya və torpaqşünaslıq fakültəsi
12/12/2017
Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekan müavini Cəsarət Şabanov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib. Daha sonra Ümummilli liderin Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olduğunu vurğulayan BDU Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov onun universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqəti xüsusilə qeyd edib.
Sonra fakültənin müəllimləri Məhluqə Yusifova Ulu öndərin Ekoloji problemlərə və onların həllinə xüsusi qayğı ilə yanaşdığından, bu istiqamətdə görülən işlərdən, Kənan Hüseynov və fakültənin 4-cü kurs tələbəsi Nahid Yarıyev isə torpaq islahatlarının həyata keçirilməsində əvəzsiz rolundan danışıblar. Çıxış edənlər dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixindəki önəmli siyasətindən, reallaşdırdığı layihələrdən və Prezident İlham Əliyevin həmin siyasətin uğurlu davamçısı olmasından bəhs ediblər. 
Sonda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən dan
ışıb və Tələbə Gənclər Təşkilatına tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.