Ekologiya və torpaqşünaslıq fakültəsi
01/08/2012
Akademik Həsən Əlirza oğlu Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda elmi-metodik II Beynəlxalq elmi konfrans

Bakı Dövlət Unuversiteti 7-8 noyabr 2012-ci il tarixində Akademik Həsən Əlirza oğlu Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda elmi-metodik II Beynəlxalq elmi konfrans keçirəcəkdir.
Konfransa təqdim olunacaq materialların aşağıdakı istiqamətlərə uyğun olması tövsiyyə edilir:
-          Ekoloji kimya və ətraf mühit
-          Ekoloji biologiya və ətraf mühit
-          Ekoloji coğrafiya və ətraf mühit
-          Torpaqların ekologiyası
-          Cəmiyyət və ekoloji problemlər

Tezislərin tərtib olunma qaydaları:

1. Tezisin adı – böyük həriflərlə, qalın, şrift 12.
2. Müəlliflərin inisialı və soyadı – adi hərflərlə, qalın, şrift 12.
3. Təhsil müəssisəsinin adı – adi hərflərlə, kursiv, şrift 12.
4. Mətnlərin yığılması – hər tərəfdən 2,5 sm məsafə, şrift 12, sətirlərarası interval 1, MS Word redaktorunda Times New Roman şriftində A 4 formatında yığılmaqla 2 səhifəyə qədər.
Ünvan: Bakı şəh. Z.Xəlilov küç. 23, Bakı Dövlət Unuversiteti, əsas bina III mərtəbə Ekologiya və torpaqşünasliq fakültəsi  otaq № 301 (Yerquruluşu və kadastr kafedrası).

Əlaqə telefonları: (012) 537 23 83; mob: 050 405 85 50 e-mail: ahuseyinli@yohoo.com; oruclu@rambler.ru

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.