Ekologiya və torpaqşünaslıq fakültəsi
04/04/2014
Ekologiya və torpaqşünaslıq fakültəsi Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş Elm Konfrans keçirəcəkdir

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Ekologİya və torpaqşünaslıq fakültəsİ

 

7-8 may 2014-cü il tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda III Respublika Elmi Konfransı keçirəcəkdir.

Konfransa təqdim olunacaq materialların aşağıdakı istiqamətlərə (bölmələrə) uyğun olması tövsiyyə edilir:

1. Ətraf mühitin yaxşılaşdırılmasında ekokimyəvi tədqiqatlar

2. Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar

3. Təbii sərvətlərdən istifadənin ekocoğrafi problemləri

4. Aqrokimya, torpaq münbitliyi və aqroekoloji problemlər

5. Torpaqların səmərəli istifadəsi və kadastrı

6. Torpaqların genezisi, coğrafiyası və təsnifatı

7. Torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi

Konfrans materiallarının hazırlanmasına (tərtibinə) qoyulan tələblər.

A 5 format kağızda yuxarıdan, aşağıdan və soldan 2 sm, sağdan isə 1 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlər arası interval 1,0 olmaqla (məqalalər üçün 5 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Abzasın əvvəlində 0,7 sm buraxılmalıdır. Ədəbiyyat siyahısı (məqalələr üçün) əlifba ardıcıllığı ilə verilməlidir. Ədəbiyyata istinad (məqalə olduqda) böyük mötərizədə [ ] göstərilməklə tərtib edilməlidir. Şəkillərin adları mərkəzdə, cədvəllərin adları isə sol kənara görə düzəldilir (uyğunlaşdırılır).

NÜMUNƏ

XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX

X.X.Xxxxxxx

Bakı Dövlət Universiteti

Mətn   xxxx xxxxxx xxxxxxxxx xxxxxxx xxxxxxxxx xxxxx xx xxxxxx xxxxxx xxxxxx xxxxxxx xxxxxxx xxxxxx xxxxxx xxxxxxxxx xxxxxxxxxx xxxxx xxxx xxx

 

Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq (iştirakçı anketi ayrıca çap olunaraq) CD disklə birlikdə 25 aprel 2014-cü il tarixinə kimi təqdim edilməlidir.

Konfransın istiqamətinə və tərtibat tələblərinə uyğun olmayan məqalə və tezislərin qəbul edilməməsini Təşkilat Komitəsi öz üzərində saxlayır.

Təşkilat komitəsinin ünvanı: AZ 1148 Bakı, Akademik Zahid Xəlilov küçəsi -23, Bakı Dövlət Universiteti, əsas bina III mərtəbə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanlığı

 

Əlaqə telefonları: (012) 537-23-83

E-mail: ekotorp@mail.ru

Qeyd: Konfrans materiallarının nəşri müəlliflərin öz hesabınadır. Hər səhifə üçün 3 AZN ödənilməlidir.

 

TƏŞKİLAT KOMİTƏSİ

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.