Ekologiya və torpaqşünaslıq fakültəsi
03/02/2014
25 yanvar 2014-cü il tarixdə Azərbaycan Turizm İnstitutunda “Ekoloji maarifləndirmə təlimçilərinin təlimi” seminar-treninqi keçirildi

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ekoloji maarifləndirmə təlimçilər qrupunun yaradılması” layihəsi çərçivəsində 25 yanvar 2014-cü il tarixdə Azərbaycan Turizm İnstitutunda “Ekoloji maarifləndirmə təlimçilərinin təlimi” seminar-treninqi keçirildi.
Layihənin rəhbəri Pərviz Əfəndizadə giriş sözü ilə çıxış edərək layihənin məqsədi, gözlənilən nəticələr və layihə müddətində tərtib olunmuş “ekoloji məlumat kitabı” haqqında məlumat verdi.
Seminarın açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, seminarın təlimçisi Elşad Əsgərov, müstəqil ekspert Arzuman Bayramov, Bakı Dövlət Universiteti “Ekologiya və torpaqşünaslıq” fakültəsinin nümayəndəsi Fətəli Hüseynov, Azərbaycan Turizm İnstitutunun nümayəndəsi Vidadi Baxışov, “Təbiət dostları” ictimai birliyinin nümayəndəsi Elşən Nuriyev, Avropa Tələbələr Birliyi Bakı nümayəndəliyinin rəhbəri Akif Əhmədzadə ekoloji problemlər, ətraf mühitlə bağlı ölkə vətəndaşlarının hüquq və vəzifələri, ekoloji problemlərin həlli ilə əlaqədar Azərbaycanda görülən işlər, dövlət proqramları haqqında iştirakçılara ətraflı məlumat verdilər, eyni zamanda ekoloji maariflənmənin vacibliyi, bu işdə xüsusilə gənclərin iştirakının təqdirəlayiq olduğunu, dövlətimizin bu istiqamətdə maarifləndirmə tədbirlərini dəstəklədiyini, tərtib olunmuş “ekoloji məlumat kitabı”nın gənclərə çox gözəl töhfə olduğunu, seminarda tam heyətdə gənclərin iştirakının çox sevindirici hal olmasını bildirdilər və onlara uğurlar arzuladılar.
Seminarda Elşad Əsgərov, Elşən Nuriyev, Pərviz Əfəndizadə, “ELS” ictimai birliyinin rəhbəri İradə Yaqubova, Beynəlxalq Əmək Təşkilatının təlimçisi Qorxmaz Əfəndiyev “Xüsusi mühafizə olunan təbiət əraziləri”, “Ekoloji problemlər”, “Məişət tullantılarının idarə olunması”, “EkoTurizm”, “XXI əsrin təhlükələri”, “Qida təhlükəsizliyi”, “Maarifləndirici tədbirlərin təşkili və keçirilməsi” mövzusunda çixişlarını təqdim etdilər, hər bir mövzu ətrafında diskussiyalar aparıldı.
Seminarın sonunda iştirakçıların hər biri təlim, ümumilikdə layihə ilə bağlı fikir və təkliflərini bildirdi, bundan sonra görüləcək içlər müzakirə edildi və növbəti addimlar müəyyənləşdirildi.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.