Ekologiya və torpaqşünaslıq fakültəsi
Yusifova Məhluqə Mail qızı

Biologiya üzrə fəlsəfə doktoru
Bioekologiya kafedrasının dosenti
İş telefonu:+(994)12 510-57-40
e-mail:mehluqe_yusifli@mail.ru





QISA BİOQRAFİK MƏLUMAT:
1962-cı il sentyabrın 23-də Bakı şəhərində anadan olmuş; 1969-1979-cü illərdə  179 saylı  məktəbdə oxumuşdur.
1981-1986-ci illərdə BDU-nun kimya fakültəsində təhsil almış, universiteti bitirdikdə təyinatla AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutuna göndərilmişdir.  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi fəaliyyəti zamanı kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə kimi yüksəlmişdir.
2000-ci ildə 03.00.16 “Ekologiya” və 03.00.27 “Torpaqşünaslıq” ixtisasları üzrə “Arazboyu zolağın üzümaltı torpaqlarının ekoloji münbitlik modeli” adlı namizədlik  dissertasiyasını müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2005-ci ildə “Ekologiya” ixtisası üzrə dosent elmi adını almışdır.
2001-ci ildən “Azərbaycanın üzümaltı torpaqlarının ekoloji qiymətləndirilməsi” adlı doktorluq dissertasiyasının üzərində çalışır. 2016-cı ildən BDU-nun “bioekologiya” kafedrasının dosentidir.
Rus, alman və ingilis dillərini bilir.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

1981-1986-cı illər, BDU, Kimya fakültəsi,  tələbə
2000-ci il, “Arazboyu zolağın üzümaltı torpaqlarının ekoloji münbitlik modeli”  adlı namizədlik dissertasiyasının müdafiəsi;  biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi
2005-ci il, “Ekologiya” üzrə dosent elmi adı


ƏMƏK FƏALİYYƏTİ:
1986-cı ildən 2016-cı ilə kimi  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışmışdır. 2016-cı ildən BDU-nun “ekologiya və torpaqşünaslıq” fakültəsinin ”bioekologiya” kafedrasının dosentidir.

Azərbaycan, rus və ingilis dillərində  aşağıdakı dərsləri aparır: Bakalavr səviyyəsində: “Ümumi ekologiya”,  “Ekoloji monitorinq”, “İnsan, ətraf mühit və davamlı inkişaf”; Magistratura səviyyəsində: “Qlobal ekologiya”, “Ekologiyanın müasir problemləri”,  “İnsan ekologiyası”,  “Bioindikasiya və ekoloji monitorinq”,  “Azərbaycanda bioekologiyanın uğurları və problemləri”.
83  elmi əsərin müəllifidir.

TƏDQİQAT SAHƏSİ: Еkologiya, Torpaq ekologiyası.

BEYNƏLXALQ  SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
1.“Antropogen torpaqəmələgəlmə problemləri” Beynəlxalq konfransın materialları, Moskva. 1997
2.”Тorpaqların təbii və antropogen təsirlərə davamlılığı” Beynəlxalq konfransın materialları, Moskva. 2002
3.“Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə” elmi-praktiki konfransın materialları, Bakı. 2003
4.Enerji, ekologiya, iqtisadiyyat” 7-ci  Bakı Beynəlxalq konfransının materialları, Bakı .2003
5.“Kənd təsərrüfatının müasir inkişaf səviyyəsində əkinçiliyin aktual problemləri” Beynəlxalq elmi konfransın materialları, Penza 2004
6.“Torpaqların ekologiyası və biologiyası” Beynəlxalq elmi konfransın materialları, Rostov. 2005
7.“Yerüstü və su ekosistemlərinin davamlı fəaliyyət  problemləri”. Beynəlxalq konfransın materialları, Rostov 2006
8.”Enerji, ekologiya, iqtisadiyyat” 9-cu  Bakı Beynəlxalq konfransının materialları, Bakı. 2007
9.Torpaq örtüyünün noosfer dəyişiklikləri”.  Beynəlxalq elmi-praktiki konfransın materialları, Vladivostok. 2007
10. “Sibirin torpaqları: genezisi, coğrafiyası, ekologiyası və səmərəli istifadəsi”. Beynəlxalq elmi konfransın materialları, Novosibirsk. 2007
11.“Torpaq münbitliyinin aqroekologiyada rolu və müasir aqrotexnologiyalar” Beynəlxalq elmi-praktiki  konfransın materialları, Ufa. 2008
12.BDU-nun 90-illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, BDU. 2009
13.“Enerji, ekologiya, iqtisadiyyat” 10-cu  Bakı Beynəlxalq konfransının materialları, Bakı. 2009
14.“Ərazilərin ekoloji tarazlığı və davamlı inkişafı” Beynəlxalq elmi konfransın materialları, Sankt Peterburq. 30-31 mart. 2010
15.“Torpaqlarda bio-geo-antroposfer qarşılıqlı əlaqələrinin əks olunması”  IV Beynəlxalq elmi konfransın materialları, Tomsk. 2010
16.“Torpaq örtüyünün biosfer funksiyaları” Rusiya EA Fiziki-kimyəvi və bioloji problemlər İnstitutunun 40 illik yubileyinə həsr olunmuş Ümumrusiya  konfransının  materialları, Puşşino. 2010
17.U.U.Uspanovun 60 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Alma-Ata. 2010
18.Prof. M.R. Abduyevin 85 illik yubileyinə həsr olunmuş “Azərbaycan torpaqları: genezis, cografiya, meliorasiya, səmərəli istifadə və ekologiya” Beynəlxalq elmi konfrans, Bakı-Qəbələ, 8-12 iyun 2012
19. “Rusiyada torpaqşünaslıq: əsas istiqamətləri, inkişafı”. Beynəlxalq elmi konfransın materialları, Moskva, 5-7 dekabr. 2012
20.“Torpaq ehtiyatlarının səmərəli istifadəsi və ekologiyası” Beynəlxalq elmi-praktiki  konfransın materialları, Akad.U.U.Uspanov ad.  Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Alma-Ata . 2012
21. “Ekoloji və texnogen təhlükəsizlik, su və hava mühitinin qorunması. Tullantıların utilizasiyası” Beynəlxalq elmi-texniki  konfransın materialları, 10-14 iyun, Berdyansk, Ukrayna. 2013
22.Beynəlxalq elmi –praktiki internet konfransın materialları, Lvov. 2014
23.“Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” mövzusunda beynəlxalq konfrans, Bakı. 2014
24. “Biosferdə və insan həyatında torpağın rolu”  Akad. Q.V.Dobrovolskinin 100 illik yubileyinə və BeynəlxalqTorpaq ilinə  həsr olunmuş  Beynəlxalq elmi konfransın materialları, 5-7 oktyabr , Moskva. 2015


SEÇİLMİŞ ƏSƏRLƏRİ:

1. M.M.Yusifova. Üzüm bitkisinin ekologiyası. Azərbaycan təbiəti, № 1, 1998, s.26-27
2.  M.M.Yusifova. Üzümaltı torpaqların ekoloji münbitlik modeli. “Tural-Ə” Nəşriyyat Poliqrafiya mərkəzi, Bakı, 2001, 47 səh.(kitabça)
3. M.M.Yusifova. Üzümaltı torpaqların ekoloji qiymət xəritələri. “Tural-Ə” Nəşriyyat Poliqrafiya mərkəzi, Bakı, 2002, 39 səh.(kitabça)
4.  M.M.Yusifova. Böyük Qafqaz vilayəti üzüməyararlı torpaqların aqroekoloji rayonlaşması. Azərb.MEA-nın Xəbərləri, Biologiya elmləri seriyası, № 1-2, 2003, s.55-61
5. M.M.Yusifova. Ekoloji rayonlaşdırma əsasında təbii və mədəni ekosistemlərin qiymətdirilməsi . Torpaqşünaslıq və Aqrokimya Əsərləri toplusu,XVI cild, Bakı, Elm, 2004, s.247-268
6. M.M.Yusifova. Lənkəran vilayəti alçaq dağlıq-dağətəyi aqroekoloji rayonun müasir ekoloji səciyyəsi.  AMEA Gəncə Regional Elmi Mərkəzin “Xəbərlər” məcmuəsi, Gəncə, № 18, 2005, s.37-41
7. M.M.Yusifova. Gəncə-Qazax zonası üzüməyararlı torpaqlarının ekoloji qiymətləndirilməsi. Azərb.MEA-nın Məruzələri, LXV cild,  № 1, 2009, s. 116-124
8. M.M.Yusifova. Böyük Qafqazın dağlıq və dağətəyi zonasının üzüməyararlı torpaqlarının ekoloji qiymətləndirilməsi. Azərb.MEA-nın Xəbərləri, Biologiya elmləri seriyası, № 1-2, 2009, s.74-83
9. M.M.Yusifova. Azərbaycanın Kür-Araz ovalığı üzüməyararlı torpaqlarının aqroekoloji vəziyyətinin qiymətəndirilməsi.”Aqrar Elm Xəbərləri”,Tiflis, 2011,  9 cild, № 2, s. 67-72 (rus dilində)
10. M.M.Yusifova. Azərbaycan Respublikasının cənub-qərb hissəsində üzümlüklərin becərilməsinin  aqroekoloji şəraiti. “Müasir enerji və resursqoruyucu, ekoloji davamlı texnologiyalar və kənd təsərrüfatı istehsalı sistemləri”  Elmi əsəsrlər toplusu, Ryazan, 2011, s.295-301 (rus dilində)
11. M.M.Yusifova. Azərbaycanın  üzüməyararlı torpaqlarının əsas bonitet şkalasının tərtibi. AMEA. Gəncə Regional Elmi Mərkəz. Xəbərlər Məcmuəsi, Gəncə, Elm,  №44, 2011, s. 31-38
12. M.M.Yusifova. Azərbaycanın Lənkəran vilayətində üzüməyararlı torpaqların aqroekoloji vəziyyətinin qiymətləndirilməsi. " Ölkənin ərzaq təhlükəsizliyi strategiyasında Üzvi Kənd Təsərrüfatının əhəmiyyətli rolu".Bolqarıstan, Plovdiv, 2012, s.141-146 (ingilis dilində)
13. M.M.Yusifova. Böyük Qafqazın cənub-şərq yamacı dağ-boz-qəhvəyi (şabalıdı) torpaqlarının aqroekoloji səciyyəsi. AMEA Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmuəsi, №51,Gəncə, 2013, s.69-74
14. M.M.Yusifova. Göygöl rayonu üzümaltı torpaqlarının ekoloji qiymətləndirilməsi. Ümummilli lider H.Ə.Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda elmi-praktiki konfransın materialları, Bakı, 2013, cild 21, №1,s. 602-606 (ingilis dilində).
15. M.M.Yusifova. Böyük Qafqazın cənub-şərq yamacının üzümaltı torpaqlarının ekoloji qiymətləndirilməsi (Azərbaycan).  “Torpaqşünaslıq”. 2013, № 8, s. 1016–1024 (rus dilində) İmpakt faktor 0.74.
16. M.M.Yusifova. Böyük Qafqazın cənub-şərq yamacının üzümaltı torpaqlarının ekoloji qiymətləndirilməsi (Azərbaycan).  “Avrasiyada Torpaqşünaslıq”.Springer. 2013, Cild. 46, № 8, s. 918–924. (ingilis dilində) İmpakt faktor 0.74.
17. M.M.Yusifova, K.Q.Nuriyeva. Azərbaycan Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi üzrə aparılan tədqiqatlar. “Avropa Tətbiqi Elmləri”, 2013, № 6, s.3-5 (ingilis dilində)
18. M.M.Yusifova,K.Q.Nuriyeva,N.Ə.Sultanova.  Azərbaycanın Şirvan düzü meliorasiya olunmuş torpaqlarının münbitiyinin qiymətləndirilməsi üçün təshih əmsallarının tətbiqi. Elmi əsəsrlər toplusu.Ryazan, №6,  2014, s.238 -243 (rus dilində)
19. M.M.Yusifova. K.Q.Nuriyeva.   Azərbaycanın Kür-Araz ovalığı torpaqlarının keyfiyyətcə  qiymətləndirilməsi.  “Yer elmləri üzrə açıq əlaqələr”. Cild 1, № 2, iyun CA 90040, Amerika Birləşmiş Ştatları, 2014, s.11-17 (ingilis dilində)
20. M.M.Yusifova. K.Q.Nuriyeva.  Azərbaycan Respublikasının Qarabağ düzündə suvarılan torpaqların ekoloji  qiymətləndirilməsi. “Kənd təsərrüfatı elmləri və Təbii Sərvətlər Beynəlxalq Jurnalı”  AASCIT, 2015 (Elm və Texnologiyalar üzrə Amerika Assosiasiyası) 2015; 2(3);  s.52-57 (ingilis dilində)
21. M.M.Yusifova. K.Q.Nuriyeva.  Azərbaycan Respublikası Lənkəran vilayətinin üzüməyararlı torpaqlarının aqroekoloji qiymətləndirilməsi. “Kənd təsərrüfatı və biologiya elmləri jurnalı”. AIS (Amerika Elmi İnstitutu), Cild 1,№3, 2015. s. 83-87 (ingilis dilində)
22. M.M.Yusifova, K.Q.Nuriyeva, K.Ə.Qafarbəyli. Azərbaycan Respublikası Qax Dövlət Təbiət Qoruğu torpaqlarının keyfiyyətcə qiymətləndirilməsi. “Müasir Araşdırmalar  Beynəlxalq Jurnalı”, Cild.8, ,məsələ 02, Fevral 2016, s.26001-26007 (ingilis dilində) İmpakt faktor 6.23
23. M.M.Yusifova, K.Q.Nuriyeva, N.Ə.Sultanova. Azərbaycan Respublikası Gəncə-Qazax zonasının üzümaltı torpaqlarının ekoloji qiymətləndirilməsi. “Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Jurnalı”. Avropa-Amerika Jurnalları. Cild 4, № 1, Mart 2016, s.40-51 (ingilis dilində) İmpakt faktor-7.7

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.