Ekologiya və torpaqşünaslıq fakültəsi
Vaqif Əli oğlu Məmmədov

Kənd təsərrüfatı elmləri namizədi, dosent










QISA BİOQRAFİK MƏLUMAT:
1949-cu ildə anadan olub. 1972-ci ildə BDU-nun Geoloji–Coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib, təyinatı üzrə Ağcabədi rayonunda müəllim işləyib. Sonradan KTN ET Eroziya bölməsində işə qəbul edilib, aspiranturaya daxil olub, 1981-ci ildə namizədlik dissertasiyası müdafiə edib, 1990-cı ildə isə ona “Aqrotorpaqşünaslıq və aqrofizika” ixtisası üzrə baş elmi işçi rütbəsi verilir. 1980-2000-ci illərdə AMEA Torpaqşünaslıq və aqrokimya institutunda baş elmi işçi, laboratoriya müdiri, 2000-2010-cu illər, KTN ET Eroziya və suvarma institutunda laboratoriya və şöbə müdiri, baş elmi işçi vəzifəsini tutmuşdur. 1995-1997-ci illərdə Lənkəran Dövlət Universitetində əvəzçiliklə 0,5 ştat dosent vəzifəsində çalışıb. 1 dekabr 2011-ci ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin coğrafi ekologiya kafedrasının dosentidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
1972-ci ildə BDU-nun Geoloji-Coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir
1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib
2011-ci ildən, dosent
Hazırda “Böyük Qafqaz torpaqlarının kimyəvi-mineraloji tərkibi, mikroquruluşu, mənşəyi və kənd təsərrüfatında istifadəsi” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqat işlərini davam etdirir.

ƏMƏK FƏALİYYƏTİ:
1972 – Ağcabədi rayonunda müəllim 
1980-2000 – AMEA Torpaqşünaslıq və aqrokimya institutunda baş elmi işçi, laboratoriya müdiri
2000-2010 – KTN ET Eroziya və suvarma institutunda laboratoriya və şöbə müdiri,  baş elmi işçi vəzifəsində işləyib.
1995-1997 – Lənkəran Dövlət Universitetində əvəzçiliklə 0,5 ştat dosent
2011-ci ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin coğrafi ekologiya kafedrasında dosent
1983-cü ildən Bakı Dövlət Universitetinin “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasında saathesabı qaydada bakalavr”Aqroekalogiya”,”Rayon və müəsisələrin ekoloji pasportlaşdırılması” ,”Azərbaycanın geoekologiyası”, ”Regioonal coğrafi ekologiya”, ”Ekoloji nəzarət”, ”Təbii sfera ekosistemlərinin tətqiqi metodları”, ”Təbiətdən istifadənin hüquqi əsasları” və s. fənlərdən dərs demişdir. Hal – hazırda bakalavr pilləsində “Torpaq coğrarfiyası torpaqşünaslığın əsasları ilə” fənini, magidtr pilləsində “Azərbaycanın ekoloji problemləri”, “Qlobal ekoloji problemlərin regional ekoloji nəticələri”, “Təbii landşaftların bərpasında meliorativ tədbirlərin rolu” və s.
1994-cü ildə onun rəhbərliyi ilə bir namizədlik dissertasiyası müdafiə olunub.
90-dan artıq elmi məqalə və dərs proqramlarının  müəllifidir.

TƏDQİQAT SAHƏSİ:
Torpaqların ekocoğrafiyası, torpağın mineralogiyası, mikromorfologiyası və eroziyası

SEÇİLMİŞ ƏSƏRLƏRİ:
1. Böyük Qafqazın cənub-şərq qurtaracağında antropogen aridləşmənin torpaqların mikromorfoloji göstəricilərinə təsiri, 2008
2. Böyük Qafqaz  torpaqlarının mikro-morfogenetik  diaqnostikası, 2009
3. Böyük Qafqazın cənub-şərq hissəsinin bərkimiş dağ-qara torpağının mikromorfologiyası,mineral və kimyəvi tərkibi, 2009
4. Böyük Qafqaz  torpaqlarında kaliumun ehtiyat formaları və mineralları torpaqdaxili çevrilmə sinin bəzi xüsusiyyətləri, 2010
5. Böyük Qafqazın suvarılan allüvial-çəmən torpaqların mikromorfologiyası və mineraloji xüsusiyyətləri, 2010
6. Yüksəkdispersminerallarıntorpaqda əmələ gəlməsi , dağılması dəyişməsi və paylanması prosesləri həqqında, 2011
7. Böyük Qafqazın torpaqəmələgətirən süxurlarının yüksək dispers hissəsinin derivmatraqrafik üsulla tədqiqi, 2013
8. Химико-минералогические особенности взвесей рек северо-восточной части Большого Кавказа, 2014
9. Dağlıq Şirvan  bölgəsində CİS texnologiyasını tətbiq etməklə torpaqların potensial eroziya təhlükəlilik xəritəsinin hazırlanması, 2014
10. География почв с основной почвоведения (proqram), 2015
11. Torpaqcoğrafiyası torpaqşünaslığın əsasları ilə (proqram), 2015
12. Микростроение горно-луговых дерновых и горно-лесных бурых почв при разной степени смытости, 2015
13. Дифференцированная оченка содержания резервов елементов минералного питания в агроценозах Боыщого Кавказа, 2015
14. Eroziya prosesinin kaliumun ehtiyat formalarına təsiri, 2016
15 Böyük Qafqaz çaylarının asılı gətirmələrində mineral qida elementlərinin ehtiyat formaları, 2016
16. Böyük Qafqaz torpaqlarının yüksək dispers hissəsinin derivatoqrafik üsulla tədqiqi, 2017
17. Закрепление эродироваынах выгонов путем посова многолетних трав на южных сюлонах Боыщого Кавказа, 2018

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.