Ekologiya və torpaqşünaslıq fakültəsi
Sultan-zadə Firuzə Vəhdət qızı

Biologiya elmlər namizədi (ekologiya ixtisası üzrə), 
BDU-nun Bioekologiya kafedrasının dosenti 
Tel.: (99 412) 510-57-40
firuzasultan@mail.ru






QISA BIOQRAFIK MƏLUMAT:
Peşəkar diplomat ailəsində anadan olub. Milliyyəti azərbaycanlıdır. Uzun müddət valideynləri ilə birgə İranda, Türkiyədə yaşamışdır. Azərbaycan Dövlət Universitetini (bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə) və Azərbaycan Milli Elmlər Akademiyasının əyani şöbəsini (ekologiya ixtisası üzrə) bitirmişdir. 
1997-ci ildə “Abşeron yarımadası şəraitində torpaq örtüyünün vəziyyətinin ekoloji qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Namizədlik dissertasiyasında, həm də, neftlə çirklənmənin və təbii radionukleotidlərin Abşeron əhalisinin sağlamlığına təsirinə diqqət yetirmişdir. 
Universiteti bitirdikdən sonra 1990-cı ildən müəllimlik fəaliyyətinə başlayıb. 
1990-1994-cü illərdə İstanbulda əvvəlcə SSRİ-nin, sonra Rusiyanın Baş Konsulluğunun nəznindəki kollecdə biologiya və kimya müəllimi kimi fəaliyyət göstərmişdir. 
1997-ci ildən indiyə qədər Bakı Dövlət Unversitetində ekologiya fənnini tədris edir. 
2005-ci ildən BDU-nun “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının dosenti kimi fəaliyyət göstərir. Ümumi pedaqoji iş təcrübəsi 21 ildir. 
1998-ci ildən ətraf mühitin mühafizəsi sahəsində ictimai fəaliyyətlə məşğuldur. 1999-cu ildən “EkoSfera” Sosial-Ekoloji Mərkəzi ictimai təşkilatını yaratmışdır və həmin mərkəzin rəhbəri seçilmişdir. 
1995-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar və Sənətşünaslar Birliyinin üzvüdür. Bir çox işləri (akvarellər, yağlı boyalarla çəkilmiş rəsmlər, pastellər, miniuatur, işlər, gildən hazırlanmış fiqurlar) Azərbaycan, Türkiyə, İran, İngiltərə, İsrail, ABŞ, Almaniya, Fransada şəxsi kolleksiyalara daxildir. Kitabların və müxtəlif çap məhsullarının dizaynı ilə məşğul olur. Almaniya, ABŞ, İngiltərənin ekoloji mərkəzlərində treninq və ixtisaslaşma kursları keçmişdir. Rus, türk, ingilis dillərini bilir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
1985-1990 – Bakı Dövlət Universitetinin Bilogiya fakültəsi (Bakı, Azərbaycan), bioloq, biologiya və kimya. 
1994-1997 – Azərbaycan Respublikası Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu, biologiya elmlər namizədi (ekologiya ixtisası üzrə). 
2005 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası, elmi adı: dosent, Onurğalılar zoologiyası və bioekologiya kafedrası üzrə.

ƏMƏK FƏALİYYƏTİ:
1990-1994 – İstanbulda SSRİ-nin, sonra isə Rusiyanın Baş Konsulluğu (Türkiyə), Kollecdə biologiya və kimya müəllimi 
1999-2001 – SI Travel, Amerikan Ekspressin Nümayəndəliyi, Ekoloji və mədəni turizm üzrə baş məsləhətçi 
1999-cu ildən “EkoSfera” Sosial- Ekoloji Mərkəzi (ictimai təşkilat), direktor 
1997-ci ildən Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Onurğalılar zoologiyası və bioekologiya kafedrası, dosent, ekologiya müəllimi.
2011-ci ildən bu gunədək: Bakı Dövlət Universiteti, Ekologiya və Torpaqşünaslıq fakültəsi, Bioekologiya kafedrası, dosent, ekologiya müəllimi
Fənnlər: Biomüxtəlifliyin qorunması, sosial ekologiya, insan ekologiyası, ümumi ekologiya, qlobal ekologiya,BİT (böyük ixtisas təcrübəsi),etologiya, təbiətin interpretasiyası 
40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir. 2000-2015-ci illər ərzində ekoloji təhsil və maarifləndirmə, Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, ekoloji və mədəni uşaq və gənclər üçün interaktiv turizmin inkişafı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 60-dan çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub. Ekoloji və mədəni turizm sahəsində çalışan F.Sultanzadə Dünya Bankının “Mədəni irsin qorunması” layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib. 1999-cu ildən UNESCO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində ekspertidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir. Ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə görə “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

TƏDQİQAT SAHƏSİ:
Sosial ekologiya, insan ekologiyası, ümumi ekologiya, qlobal ekologiya, ekoloji monitorinq, şəhər ekologiyası, etologiya, ekoloji və mədəni turizm, Azərbaycanın mədəni və təbii irsi.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
1999 – “QHT-lərin idarə edilməsi üzrə treninq”, İSAR/Azərbaycan
1999 – “Mədəni turizmin strategiyaları üzrə treninq proqramı”, Kolonial Vilyamsburq Fondu, ABŞ
2001 – Maliyyə davamlılığı”, İSAR/USAİD, ABŞ
2001 – “Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində ekoloji maarifləşdirmə və ziyarətçilərlə iş”, Beynəlxalq Təbiəti Mühafizə Akademiyası, Almaniya
2002 – “Maraqların müdafiəsi/Advokası Treninq”, “Mübadilə üzrə əməkdaşlıq proqramı” İSAR-USAİD, ABŞ
2003 – “Orxus Konvensiyası: prinsipləri və əhəmiyyəti”, Qafqaz Regional Ekoloji Mərkəzi
2007 – “UNWTO turizmin marketinqi və reklam texnologiyaları üzrə beynəlxalq seminar”, UNWTO, Bakı
2008 – “Çirklənmiş torpaqların bərpası – təklif olunan üsullar”, beynəlxalq konfransı, ARDNŞ, Bakı

SEÇİLMİŞ ƏSƏRLƏRİ:
1. Sultan-zadə F.V., Qasımova L.S., Əzməmmədova F.N. Ekoloji təmiz qida məhsulu anlayışı. “Azəryeyintisənaye” Elmi-tədqiqat institunun xəbərləri, № 2, Bakı, 2005, 3s.
2. Mustafayev Q.T., Sultan-zadə F.V., Laçınova K.S. Şəhər mühitində quru onurğalıların biomüxtəlifliyi. “Ekologiya: təbiət və cəmiyyət ptoblemləri” Beynəlxalq elmi konfrans, Bakı, 2007, 1s.
3. Султан-заде Ф.В. Экология городской среды и психо-эмоциональное состояние населения. “Ekologiya: təbiət və cəmiyyət ptoblemləti” Beynəlxalq elmi konfrans, Bakı, 2007, 1s.
4. Sultan-zadə F.V., Qasımova L.S. Bakı şəhərində akustik diskonfort problemi. “Tətbiqi ekologiyanın problemləri” Respublika Elmi Konfransının materialları, Bakı, 2007, 1s.
5. Sultan-zadə F.V., Laçınova K.S. Bakıda urbanizasiya ilə əlaqədar “ekoloji karkas” modeli. “Tətbiqi ekologiyanın problemləri” Respublika Elmi Konfransının materialları, Bakı, 2007, 1s.
6. Sultan-zadə F.V., Acalova S.Z. Balaxanıda neftlə çirklənmiş torpaqların xarakteristikası. “Tətbiqi biologiyanın problemləri” Respublika Elmi Konfransının materialları, Bakı, 2007, 1s.
7. Султан-заде Ф.В. Утилизация твердых бытовых отходов (ТБО) или мусора. Пособие для учителей. Deutsche Gesellschaft fur Technische Zusammenarbeit (GTZ) GmbH, СЭЦ «ЭкоСфера», Баку, 2007, 25 стр.
8. Sultan-zadə F.V., Qasımova L.S. Bakı şəhərinin Səbayil və Əzizbəyov rayonlarında ekoloji vəziyyətin müqayisəli analizi. “Biologiyanın müasir problemləri” Respublika Elmi Konfransının materialları, Bakı, 2008, 1s.
9. Султан-заде Ф.В., Агаева Ч.А., Лачынова К.С, Шихалиева Р. Сравнительный анализ биоразнообразия наземных позвоночных животных в урбанизированных районах г. Баку. Biologiyanın müasir problemləri” Respublika Elmi Konfransının materialları, Bakı, 2008, 1 s.
10. Sultan-zadə F.V., Hüseyn F. Mahmudova Ş. Hirkan Milli Parkı. Elmi informasiya bukleti, Bakı, EkoSfera, 2008, 38 s.
11. Султан-заде Ф. Обзорное исследование в области экологии и климата в Азербайджане. Научный отчет. Немецкий культурный центр им. Гете в Грузии, 2009, 90 стр.
12. Султан-заде Ф., Гумбатова С., Аббасова Р., Мамедова С., Актопарк И. Программа по интегративному курсу экологического мониторинга для магистров экологов. Программа CRDF (США), Баку, 2009, 10 стр.
13. Султан-заде Ф. Отчет по управлению твердыми бытовыми отходами в Баку. Научный отчет, Баку, 2010, 65 стр.
14. Султан-заде Ф. Анализ уровня информированности жителей по проблеме утилизации твердых бытовых отходов г. Баку. «Проблемы прикладной экологии» материалы Республиканской научной конференции, БГУ, Баку, 2011, 3 стр.
15. Ф.В.Султан-заде, Д.Э.Гаджиева.Определение биоиндикаторных видов территорий заповедника Гала Абшеронского полуострова. // Akad. H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya təbiət və cəmiyyət problemləri” mövzusundа  II Beynəlxalq elmi konf.mat-rı. Bakı, BDU-2012, s.342
16. F.V.Sultan-zadə, A.Ş.Abbasov. Xəzər dənizi zooplanktonunda bioindikator növlərin ekoloji qiymətləndirilməsi. // Akad. H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq elmi konf.mat-rı. Bakı, BDU-2012, s.372
17. F.V.Sultan-zadə, Ü.R.Qədiyeva, S.Ə.Abasova. Qala ərazisində agır metallarla çirklənmiş torpaqların tədqiqi. // Akad. H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq elmi konf.mat-rı. Bakı, BDU-2012, s.229
18. Ф.В.Султан-заде, Д.Э.Гаджиева. С.А. Абасова, А.Ш.Аббасов, У.Р.Гадиева, Э.С.Салимов, Н.А.Мамедова, А.Б.Юнусов, Н.Р.Нариманов, Т.Я.Сулейманлы, Р.Н.Хашимли. Проведение комплексной экологической оценки территории историко-этнографического заповдника и побережья соленного озера Гала. // Akad. H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq elmi konf.mat-rı. Bakı, BDU-2012, s.382-383
19. Sadıqova N.A., Sultan-zadə.F.V. Magistratura pilləsi üçün “Bioekologiya –biomüxtəliflik və təbiəti mühafizə” tədris proqramının hazırlanması // Akad. H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq elmi konf.mat-rı. Bakı, BDU-2012, s. 397-399
20. Sadıqova N.A., Sultan-zadə.F.V. “Təbii və mədəni landşaftlarda torpaq-bitki-heyvan sistemində biomüxtəlifliyin idarə edilməsi və kompleks bioekoloji monitorinqi” // “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya.” Beynalxalq elmi konfrans materialları.
21. Султан-заде Ф.В.,  Гаджиева Д. Э. Оценка биоразнообразия территории историко-этнографического заповедника и побережья соленого озера Гала // статья, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mözusunda respublika elmi  konf.mat-rı  Bakı, BDU, 2013, стр. 117-123
22. F.V.Sultan-zadə, A.Ş.Abbasov. Xəzər dənizi makrozoobentosunda Mollusca-ların hidrobiont bioindikator kimi qiymətləndirilməsi // Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mözusunda respublika elmi  konf.mat-rı  Bakı, BDU 2013, s. 99-100
23. F.V.Sultan-zadə, Ü.R.Qədiyeva, S.Ə.Abasova. Qala ərazisində boz qonur torpaqlarda ağır metalların qiymətləndirilməsi // Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mözusunda respublika elmi  konf.mat-rı  Bakı, BDU 2013, s. 108-109
25. Султан-заде Ф.В. Востановление и сохранение местной породы галинской овцы и традиций возделывания пшеницы на территории поселения Гала // статья, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mözusunda respublika elmi konf.mat-rı  Bakı, BDU 2013, s. 90-94
26. Султан-заде Ф.В. Микробиологическая оценка качества воды региона Самур-Ялама Национального Парка (Microbiological evaluation of the water quality of Samur-Yalama National Park region) European Conference on Innovations in Technical and Natural Sciences, 5th international scientific conference, 23 december, 2014/ “East West" Assosiation, Vienna, Austria.



KİTABLAR:
1. Mustafayev Q.T., Sultan-zadə F.V. “Ekologiya sxemlərdə”, dərs vəsaiti, İstanbul, 1998, 215 s. (azərb., rus və ingilis dilində).
2. Sultan-zadə F.V., Hümbətova S.E. “Xəzərin biomüxtəlifliyinin monitorinqinin əsasları ekologiyanı öyrənənlər üçün vəsait”, dərs vəsaiti, “EkoSfera”, Bakı, 2001, 160 s. (azərb., rus dilində).
3. Sultan-zadə F.V. “Ölkəmizin təbii sərvətləri, iqtisadiyyatı və ətraf mühiti”, dərs vəsaiti, Bakı, “EkoSfera”, 2002, 52 s. (azərb. dilində).
4. Mustafayev Q.T., Sultan-zadə F.V. “İnsanın uğurları və problemləri”, kitab, Bakı, Qanun, 2004, 300 s. (azərb. dilində).
5. Sultan-zadə F.V., Hüseynova L., Hüseyn F. Azərbaycanın mədəni və təbii irsi. Bakı, “EkoSfera”, 2004, 48 s. (azərb. dilində).
6. Султан-заде Ф.В., Мустафаев Г.Т. «Полевая практика по зоологии и экологии позвоночных», методическое пособие, СЭЦ «ЭкоСфера», Баку, 2004, 64 стр.
7. Султан-заде Ф.В., Мустафаев Г.Т. «Полевая практика по зоологии и экологии позвоночных», методическое пособие, СЭЦ «ЭкоСфера», второе издание, Баку, 2005, 64 стр.
8. Mustafayev Q.T., Sultan-zadə F.V., Hümbətova S.E. Azərbaycan suyun ekologiyası və Xəzərin biomüxtəlifliyi. Bakı, Tempus project, 2007, 150 s. (azərb. dilində).
9. Султан-заде Ф.В. Биоразнообразие и его охрана. Учебник для вузов. Баку: «Чашыоглу», – 2015, 280 с.
10. Sultan-zadə F.V. Biomüxtəliflik və onun mühafizəsi. Dərslik. Bakı, Çaşıoğlu, – 2015, 240 s.
11. Султан-заде Ф.В. Этология с экологическими аспектами: поведение животных и человека. Учебник. Баку: «Чашыоглу»,– 2015, 496 с.
12. Экология екосистем и природопользование Bakı, 2016, 608 s.



DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR:
2001-2002 – Ekspert – İSAR / Azərbaycanın Kiçik qrantlar Proqramı şürasının üzvü.
2003-2005 – Ekspert – Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəznində Orxus Mərkəzinin Ekspert idarəedici şürasının üzvü.
2005-2007 – Mədəniyyət üzrə ekspert Şurasının üzvü, Açıq Cəmiyyət İnstitutu – Azərbaycan (Sorus fondu).
2003-2007 – Cəmiyyətin İnkişaf qrupunun koordinatoru / Cəmiyyətin İnkişafı üzrə mütəxəssis. Dünya Bankı, Mədəni İrsin Qorunması Layihəsi.
2006-2007 – Ekspert – Əhalinin Məlumatlandırılması qrupunun rəhbəri. BMT-nin İnkişaf Proqramının “BMT-nin Qlobal İqlim Dəyişməsi Konvensiyası çərçivəsində Azərbaycan Respublikasının ikinci milli məlumatının hazırlanması” layihəsi.
2007-2010 – Ekspert – Amerikanın CRDF təşkilatı və Azərbaycan Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə BDU-da həyata keçirilən “Ekoloji monitorinq laboratoriyası” layihəsinin işçi qrupunun üzvü.

"Создание учебной программы "Биооразнообразие и его сохранение" для бакалавров ВУЗов", при финансовой поддержке Бакинского офиса ОБСЕ (2012-2013 гг).

Проект "Восстановление и сохранение местной породы галинской овцы и традиций возделывания пшеницы на территории поселения Гала, Азербайджан", при финансовой поддержке GIZ в рамках программы "Устойчивое развитие биоразнообразия на Южном Кавказе" (2012-2014 гг.)

«Самур-Ялама Национальный Парк – проведение образовательной программы для сотрудников национального парка и научных исследований», KfW, Министерство экологии и природных ресурсов, GFA.  (2013-2014 гг.)


40 layihənin müəllifi və koordinatorudur (2000-2012):

  • “Tatixi köklərimiz” layihəsi (maliyyələşdirmə İSAR/Azerbaijan). “Qərbi Xəzəryani rayonlarda potensial Xüsusi Mühafizə olunan Təbii Ərazilərin aşkar olunması zamanı məktəblilərin ekoloji təhsili və tərbiyəsi” layihəsi (maliyyələşdirmə İSAR - Central Asia/ USAİD: Xəzər proqramı).
  • “Uşaq və böyüklər üçün ekoloji interaktiv kukla teatrı” layihəsi (maliyyələşdirmə İSAR/Azerbaijan).
  • “Hörümçək torcuğu – müştərək öyrədici monitorinq tədqiqatlarının keçirilməsi” layihəsi (maliyyələşdirmə İSAR/Azerbaijan və Qorizonti/Gürcüstan).
  • “Mədəniyyətimin xəzinəsi” layihəsi (maliyyələşdirmə OSIAF).
  • “Ekologiya və ətraf mühiti mühafizə sahəsində sosial və kommersiya marketinqi metodlarının istifadəsi” layihəsi (maliyyələşdirmə İSAR/Azerbaijan). Ekoloji – təlim proqramı
  • “Planetdəki qonşularımız” (maliyyələşdirmə USAİD-İSAR Azerbaijan, Amerika – Azərbaycan Partnyor Proqramı).
  • “Ali təhsil sistemində resurs mərkəzlərinə dəstək” layihəsi (maliyyələşdirmə Açıq Cəmiyyət İnstitutu – Azərbaycan).
  • “Küçə teatrı” layihəsi (maliyyələşdirmə OSIAF).
  • “Təhsil müəssisələrinin nəznində treninq mərkəzlərinin yaradılması və dəstəklənməsi” layihəsi (maliyyələşdirmə Açıq Cəmiyyət İnstitutu – Azərbaycan).
  • “Azərbaycanın məməlilərinin biomüxtəlifliyi haqqında əhalinin xəbərdar olması” layihəsi (maliyyələşdirmə BP, İkinci Azərbaycan Bioloji Müxtəliflik Müsabiqəsi).
  • “İçəri şəhər – mənim uşaqlığımın nağılı” layihəsi (maliyyələşdirmə CRS).
  • “Azərbaycanın 8 regionunda gənclər üçün ekoloji treninq proqramı” layihəsi (maliyyələşdirmə ATƏT).
  • “Azərbaycanın 6 regionunda ekoloji fotoşəkillər və ekojurnalistikanın əsasları üzrə gənclər üçün treninq” layihəsi (maliyyələşdirmə ATƏT). “İrs” layihəsi (maliyyələşdirmə UNESCO Baku Office).
  • “Azərbaycanın 3 regionunda 300 müəllim üçün treninq proqramı” layihəsi (maliyyələşdirmə Açıq Cəmiyyət İnstitutu – Azərbaycan). “Azərbaycanın mədəni irsinin saxlanması və qorunmasında ictimaiyyətin iştirakının inkişafı” layihəsi (maliyyələşdirmə UNESCO/Paris).
  • “Eİ sənətlərinin inkişafında regional əməkdaşlıq və mədəni irsin qorunması” layihəsi (maliyyələşdirmə OSİ Budapeşt,
  • «Proqram through Partnership»).
  • “Ekoloji konvensiyalar və qanunlar” layihəsi (maliyyələşdirmə Azərbaycandakı Böyük Britaniya Səfirliyi).
  • “Abşeron yarımadasının Qala yaşayış məntəqəsinin ekoloji-etnoqrafik dirçəlişi və davamlı inkişafı” layihəsi (“Xəzəryani icmaların davamlı inkişafı” proqramı, maliyyələşdirmə Avropa Birliyi).
  • “Qala sənətkarları üçün master-klas” layihəsi (maliyyələşdirmə Avropa Bərpa və İnkişaf Bankı). “Qalada arxeoloji turun marketinqi” layihəsi (maliyyələşdirmə Açıq Cəmiyyət İnstitutu – Azərbaycan (Sorus fondu)).
  • “Qadınlara yol verin” layihəsi (maliyyələşdirmə Açıq Cəmiyyət İnstitutu – Azərbaycan (Sorus fondu)).
  • “Qalanın gənc sənətkarları üçün xalça toxucuğu üzrə master-klas” layihəsi (maliyyələşdirmə UNESCO Moscow Office).
  • "Uşaq və gənclər üçün ekoloji-etnoqrafik turizm proqramı" (maliyyələşdirmə: Azərbaycandakı ABŞ Səfirliyinin Demokratik Komissiyası).
  • "Bakı şəhərində məktəblilər arasında kağız tullantılarının təkrar emal edilməsinə dair İctimaiyyətin Məlumatlandırılması Proqramı" (maliyyələşdirmə: Deutsche Gesellschaft fur Technische Zusammenarbeit/GTZ).
  • "Yaradıcı ekoloji dizayner" (maliyyələşdirmə: Layihə ATƏT-in Bakı Ofisinin icra etdiyi, Statoil və Avstriya hökumətinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində həyata keçirilir və «Təmiz Şəhər» ASC, 2010).
  • “Azərbaycanın bioloji və mədəni müxtəlifliyi (Elektron xəritələr və virtual açıqçalar  servisi)". (maliyyələşdirmə: Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, oktyabr 2010).
  • "Təbiətdə İnterpretasiya - Şirvan Milli Parkı" (maliyyələşdirmə: GTZ Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarə olunması Proqramı çərçivəsində, 2010).
  • "Bakı şəhərində bərk məişət tullantıları haqqında sorğu aparılması" (maliyyələşdirmə: «Təmiz Şəhər» ASC,  "CNİM", 2010).
  •  

     

    Məqalələr
    7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

    Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

    22 Mart Dünya su Günüdür

    22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

    Azərbaycan Respublikasının meşələri

    Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

    Azərbaycanın çayları, gölləri və su anbarları

    Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

    Milli parklar

    Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.