Ekologiya və torpaqşünaslıq fakültəsi
ƏLIYEVA RƏFIQƏ ƏLIRZA QIZI

Analitik kimya kafedrasının professoru

İş telefonu: +(994) 12 433 73 11


QISA BİOQRAFİK MƏLUMAT

Əliyeva Rəfiqə Əlirza qızı - «Analitik kimya» kafedrasının professoru, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü.1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakultəsini bitirmiş, 1970-ci ildə «Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini» mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə «d-, f-elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən təşkil edilmiş «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02., 02.00.03., 02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakultəsinin Elmi Şurasının üzvüdür

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1999- Kimya elmləri doktoru «Analitik kimya»
1970- Kimya elmləri namizədi «Analitik kimya»
1952-1956- tələbə BDU

ƏMƏK FƏALİYYƏTİ

1956- kimya problemləri İnstitutunda elmi işçi
1960-1963- aspirant BDU
Analitik kimya(bakalavrlar üçün) və Kompleksbirləşmələr kimyası (magistrlar üçün) ,
350 məqalənin müəllifidir
2 monoqrafiyanın,
19 dərs vəsaiti
17 patentin müəllifidir,
14 elmlər namizədi və 1 elmlər doktoruna rəhbərlik etmiş
həyata keçirdiyi təcürbələr və elmi yenilikləri haqqında,
Əməkdar elm Xadim, Təhsil Nazirinn Fəxri fərmanı, İlin Alimii, 2001 –ci ilin adamı, 2001-ci ilin işgüzar qadını mükafatlarına layiq görülmüşdür.

TƏDQIQAT SAHƏSI

Fotometrik metod vasitəsi ilə yeni üzvi reaktivlərdən istifadə etməklə metalların təyini metodikasının işlənilməsi və mürəkkəb obyektlərdə tətbiqi.


 

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.