Ekologiya və torpaqşünaslıq fakültəsi
D.E.Hacıyeva

laborant, “Bioekologiya”  kafedrası
Тел: (+99412) 510-57-40
e-mail: dimera_08@mail.ru


QISA BIOQRAFIK MƏLUMAT:
1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 154 saylı orta məktəbi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin “Biologiya” fakultəsinə daxil olub. Hal hazırda “Ekologiya və Torpaqşünaslıq” fakultəsinin “Bioekologiya” kafedrasının magistrantıdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI:
1995-2006 – 154 saylı orta məktəb
2006-2010 – Bakı Dövlət Universitetinin  “Biologiya” fakultəsinin tələbəsi.
2011-bu günədək “Ekologiya və Torpaqşünaslıq” fakultəsinin  magistridir.

ƏMƏK FƏALİYYƏTİ:
2009-cu ildən “Ekosfera” Sosial-ekoloji mərkəzində çalışır.
2011-ci ilin sentyabr ayından Bakı Dövlət Universitetinin “Bioekologiya” kafedrasında laborant vəzifəsində işləyir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.