Ekologiya və torpaqşünaslıq fakültəsi
Cəfərova Svetlana Qulu qızı

Biologiya elmləri namizədi, dosent
İş telefonu: (99412) 510-57-40
e-mail:  Ceferova39@mail.ru






QISA BIOQRAFIK MƏLUMAT:
1939-cu il yanvarın 13-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
1956-cı ildə 189 saylı orta məktəbi bitirib.
Ailəlidir, 2 övladı və 3 nəvəsi var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI:
1964-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
1984-cü ildə «Azərbaycanın Kiçik Qafqaz ərazisində sürünənlərin faunası, ekologiyası və mühafizəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ:
BDU-da 1966-cı ildən «Onurğalılar zoologiyası və bioekologiya» kafedrasında çalışır.
Apardığı dərslər: Bakalavr «Onurğalılar zoologiyası», «Ekologiya» fənlərini, magistraturada «Amfibi və reptililərin ekologiyası», «Herpetologiya», «Zoocoğrafiya» və BİT (Böyük İxtisas Təcrübəsi).
56 məqalənin, 7 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir.
Azərbaycanın «Qırmızı Kitabı»nın tərtibində və Azərbaycanın Heyvanlar Aləmi toplusunun yazılmasında (27 növün icmalını verməklə) iştirak etmişdir.

2011-ci ildən Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Bioekologiya” kafedrasının əməkdaşıdır.

TƏDQİQAT SAHƏSİ:
Biologiya və reptililərin ekologiyası

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
BP grant programı:  Sanqaçal terminalının yerüstü onurğalılarının biomüxtəlifliklərinin öyrənilməsi.
Şirvan Milli Parkının işçilərinin kvalıfıkasiyasının artırılması üçün traininqlər, Ekologiya Nazirliyinin maluyyə dəstəyi ilə. « 10- günlük kvalıfıkasiyasa artırılması üçün traininqlər  ( maliyyə dəstəyi Federal Ekologiya Nazirliyi, təbiətin müdafiəsi və nüvə təhlükəsizliyi, Almaniya).

SEÇİLMİŞ ƏSƏRLƏRİ:
1. Onurğalılar zoologiyası üzrə praktikum, Bakı.
2. Zoocoğrafiya, Bakı, BSU.
3. Azərbaycanda yayılan sürünənlərin coğrafi yerləşməsi- Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, I cild, səh. 723-726.
4. Azərbaycanın bəzi göllərində su-bataqlıq quşlarının kəmiyyət və keyfiyyət göstəricisi. «Biologiyanın müasir problemləri». Bakı Universiteti nəşriyyatı, 2008.
5. «Reptililərin ekologiyası», 2010, « Аdiloğlu», Bakı.
6. «Ekologiya (adaptasiya, koadaptasiya, ekoloji nişalar) », 2011, Bakı Universiteti nəşriyyatı, Bakı.
7. «Onurğalıların zoologiyası», 2011, « Çaşıoğlu», Bakı.
8. “Amfibilərin ekologiyası” Bakı 2014, dərs vəsaiti
9. “Биология с основами экологии.”, “Nurlan”, Bakı-2015,  dərslik
10. “Экология пойкилотермных животных.” “Nurlan”, Bakı-2015,  dərslik

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.